Nüfuzlu şiə alimin azad edilməsi tələbi ilə aksiya keçirildi - Foto

Səudiyyə Ərəbistanında qondarma ittihamlarla həbs olunmuş şiə alimi Ayətullah Baqir Nimrin azad edilməsi üçün İngiltərədə aksiya keçirilib. Aksiya 30 avqust tarixində Səudiyyə Ərəbistanının İngiltərədəki səfirliyinin qarşısında baş tutub. Aksiya iştirakçıları əllərində Şeyx Nimrin plakatlarını tuturaq, Səudiyyə hökumətindən onun tez bir zamanda azad edilməsini tələb edib.

Xatırladaq ki, Ayətullah Baqir Nimr ölkənin təhlükəsizliyini təhlükəyə atmaq, rejim əleyhinə danışmaq, cümə namazı xütbələrində ölkə rəsmilərini tənqid etmək və siyasi məhbusları dəstəkləmək günahından 8 İyun 2012-ci ildə Səud qüvvələri tərəfindən hücuma məruz qalaraq yaralanmış və həbs edilmişdir. 

Səudiyyə rejimi tərəfindən şeyx Nimrin barəsində edam hökmü verilsə də, etirazlardan sonra məhkəmə edam qərarına yenidən baxmağa məcbur olmuşdu və son qərarın verilməsi ertələnmişdi./azadxeber

Google+ WhatsApp ok.ru