`Neftin 60 və 80 dollarlıq hədləri üçün büdcə ssenariləri müzakirə edilir` 08 Oktyabr 2014 01:00 Münasibət Yaxın 1 həftədə 2015-ci ilin dövlət büdcəsi Parlamentə təqdim edilməlidir. Amma hələ də büdcənin ümumi parametrləri - gəlirlər, xrəclər və büdcə kəsiri (artıqlığı), əsas xərc istiqamətləri barədə heç bir məlumat ictimailəşdirilməyib. Maide.az-ın məlumatına görə, bu barədə açıqlama verən iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, son illər həmişə bu çağlar həmin informasiyalar məlum olurdu: "Ola bilər neft bazarında baş verənlərlə bağlı hökumətin daxilində müzakirələr gedir. Neftin büdcədə fiksə olunan qiyməti dövlət büdcəsinin planlaşdırılması üçün həlledici göstəricidir. Mədaxilinin azı 75%-i neftdən asılı olan hökumət büdcəsinin gəlirlər və xərclərinin maksimi həddi, gəlirlərinin strukturu, xərc prioritetəlri üçün müəyyənedici göstərici məhz neftin qiymətidir. Rusiyada bizdən fərqli olaraq bu istiqamətdə açıq müzakirələr gedir və hökumətin narahatlıqları aşkar hiss edilir. Rəsmi bəyanatlar var ki, neftin qiyməti enməkdə davam etsə, xərclərdə ixtisarlar baş verəcək. Artıq neftin 60 və 80 dollarlıq hədləri üçün büdcə ssenariləri müzakirə edilir. Biz nəinki belə müzakirə imkanından məhrumuq, hətta büdcə ilə əlaqəli elementar məlumatlara belə çıxış imkanımız yoxdur." Teqlər : #`Neftin 60 və 80 dollarlıq hədləri üçün büdcə ssenariləri müzakirə edilir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Eldəniz Quliyev: “Heç bir beynəlxalq təşkilatdan kömək istəmirəm, çünki günahsızam” Mövsüm Səmədova həmrəylik nümayişi- FOTO - VİDEO