Nazirlik: Zığ və Masazır sürüşür 27 İyul 2016 01:00 Münasibət “Hazırda Zığ və Masazır sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur”. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Masazır sürüşmə sahəsindəki mövcud çatların enində müəyyən genişlənmələr müşahidə olunur: “Son günlər atmosfer yağıntıları düşməsə də, torpaq qatında quraqlıqdan genişlənmələr baş verir. Bununla bərabər, sürüşmə prosesinin özündə də müəyyən qədər aktivlik var”. R. Həsənov qeyd edib ki, Dağüstü park və Şəhidlər xiyabanında quraşdırılmış mayaklara hər hansı bir dəyişiklik qeydə alınmayıb. (apa) / Teqlər : #Nazirlik: Zığ və Masazır sürüşür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazirlikdən bu tərkibli dərmanlara QADAĞA Ekspert: `Azərbaycan, Rusiya və İranın siyasi əlaqələri son 15 ildə ən yaxşı səviyyəyə çatıb` - RƏY