Nazir: “İki turizm obyekti haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib” 26 Sentyabr 2014 01:00 Mədəniyyət “İki turizm obyektinin lisenziyası dayandırılıb, iki müəssisə haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, yayda keçirilən monitorinqlər zamanı bəzi turizm obyektlərində müştərilərə səviyyəli xidmət göstərilmədiyi aşkar olunub: “Bir neçə turizm obyektində sanitar-gigiyenik qaydalara riayət edilmirdi, ona görə də biz həmin obyektlərin sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmişik”. Nazir əlavə edib ki, turizm müəssisələrində növbəti monitorinqlər oktyabr-noyabr aylarında keçiriləcək: “Biz turizmin inkişafı üçün bu sahədə fəaliyyət göstərən təşkilatlara kömək etmək istəyirik, onlara məsləhətlər veririk. Amma bəziləri bizim tövsiyələrimizi ciddi qəbul etmirlər. Ona görə də etiraf etməliyik ki, hər yerdə bizim istədiyimiz vəziyyət yoxdur. Hansı müəssisələr insanlara qaydalara uyğun xidmət etməyəcəklərsə, bizim onlarla mübarizəmiz davam edəcək ki, hər yerdə yüksək səviyyəli xidmətə nail olaq”. Teqlər : #Nazir: İki turizm obyekti haqqında hüquqmühafizə orqanlarına müraciət edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Peyğəmbər yalnız `Çağırış` filmiylə izah edilməz Özünü Xanım Fatimeyi-Zəhranın (s.ə) kənizinə nisbət verən Natəvan
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək