Nəsimi məhkəməsində təqsirləndirilən şəxs özünü yandırdı 11 Noyabr 2015 02:00 Hadisə Nəsimi Rayon Məhkəməsində təqsirləndirilən şəxs özünü yandırıb. 34 yaşlı Samir Əliyev özünə od vuraraq yandırıb. Qeyd edək ki, Samir Əliyev iyulun 8-dən həbsdədir. Bu gün istintaq müddətinin uzadılması ilə əlaqədar onu Nəsimi Rayon Məhkəməsinə gətiriblər. Məhbusun həyat yoldaşı Zəminə Əliyeva virtualaz.org saytına ərinin qışqırıq səsini eşidib zala keçmək istədiyini, amma ona imkan vermədiklərini deyib: “Qapıda gözləyirdim, gördüm qışqırıq gəlir, icəri qaçdım, vəkillər çıxıb dedilər ki, özünü yandırıb”. Nəsimi Rayon Məhkəməsindən isə zənglərimizə cavab verən olmadı. (Virtualaz) Teqlər : #Nəsimi məhkəməsində təqsirləndirilən şəxs özünü yandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda saxta əskinaslar aşkarlanıb Hacıqabul-Bəhramtəpə yolunda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var