Myanma hökuməti qaçqınlarını faciəsinin onları maraqlandırmadığını açıqladı - FOTO

İndoneziya sahillərində olan gəmidən xilas edilən qaçqınlar Cənubi Asiyadakı mühacir faciəsini bir daha gözlər önünə sərdi.
 
Maide.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, gəmidən xilas edilən və Lanqsa limanına gətirilən miqrantların çoxu, pis qidalanma və maye itkisi kimi səhiyyə problemləri səbəbindən səhra xəstəxanasında müalicə altına alınıb.
 
Qaçqınlar yemək istəyənlərdən bir qisminin bıçaqladığını, bəzilərinin asıldığını, bəzilərinin isə katerdən dənizə atıldığını deyirlər.
 
Aralarında çox sayda qadın və uşağın da olduğunu, Malayziyaya getmək istədiklərini, ancaq Malayziya donanması tərəfindən sahildən uzaqlaşdırıldıqlarını deyən qaçqınlar, ekipajın gəmini tərk etdiyini, iki aydır aç susuz dənizdə olduqlarını bildiriblər.
 
Cənub-şərqi Asiya Millətlər Birliyinin (ASEAN) dövrlərarası sədri Malayziya xarici işlər naziri Anifah Aman köçkün problemini "beynəlxalq səviyyəyə çatdırmadan əvvəl" həll tapmaq üçün Myanma ilə görüş keçirməyi ümid etdiklərini deyib.
 
Myanma hökuməti isə miqrant faciəsinin onları maraqlandırmadığını, mövzu ilə bağlı keçiriləcək sammitə qatılmayacağını açıqlayıb.
 
Xatırladaq ki, Cənubi Asiyadakı köçkünlərin böyük bir qismini Banqladeş və Myanmardan qaçan Rohinqya müsəlmanları təşkil edir.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru