Mursi işə getmədiyi üçün universitetdəki vəzifəsindən çıxarıldı

Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursi Zegazik Universitetindəki vəzifəsindən çıxarılıb.
 
Maide.az-ın məlumatına görə, universitet rəhbərliyi açıqlamasında, Mursinin çevrilişlə vəzifəsindən uzaqlaşdırıldığı 3 iyul 2013-cü il tarixindən bu yana vəzifəsinə davam etmədiyini və bu səbəbdən də belə qərar verildiyini deyib.
 
Xatırladaq ki, Zegazik Universiteti 28 apreldə Mursinin Mühəndislik Fakültəsində vəzifəsinə davam edib etməməsinə qərar verməsi üçün tədris əməkdaşlarından ibarət komitə yaratmışdı.

Google+ WhatsApp ok.ru