Müsəlmanlar onlara dəstək olan aktyor və siyasətçilərə minnətdarlıq bildirdilər

ABŞ-ın Müsəlman Müdafiə Təşkilatı sosial şəbəkələrdə məşhur aktyor və siyasitçilərin islam və müsəlmanların müdafiəsinə dair  ədalətli çıxışlarına görə  yeni təşəkkür etmə kampaniyasına  start verib.
Maide.az-ın məlumatına görə, Amerika-İslam münasibətlər şurasının online-kampaniya fəalları twitter sosial şəbəkəsində #MuslimsThank haştağı ilə islamafoba qarşı çıxış edən bütün məşhurlara minnətdarlıq bildirirlər. 
İsmarışların birində deyilir, " Ben Afflek, insan ləyaqətinin qorunması tərəfdarı olduğunuza, həmçinin  irqçilik və islamafobiyaya qarşı olduğunuza görə sizə təşəkkür edirik".
Xatırladaq ki, kinoaktyor Ben Afflek "radikal İslam" mözsunda tok-şouların birində müsəlmanları müafiə edib və islamabofiyanı yayan iştirakcıları və veriliş aparıcılarını sərt şəkildə tənqid etmişdi. Bununla o, çox sayda müsəlmanların hörmət və rəğbətini qazandı. 
 
Müsəlman Müdafiə Təşkilatı müsəlmanları Reza Aslan, Mark Lamont Hill, Maykl Still, Ayman Muhiddin, Djuan Koul, Mayko Peled, Deyna Brenhem, Rassel Brend,Nikolas Kristof və Din Ubeydullah kimi məşhurlara təşəkkür etməyə çağırıb. //
 

Google+ WhatsApp ok.ru