Moskvada uşağın başını kəsən dayə günahını etiraf edib 01 Mart 2016 02:00 Dünya Moskvada dörd yaşlı uşağı amansızcasına qətlə yetirməkdə şübhəli bilinən dayə qadın günahını etiraf edib və hadisə yerində cinayətin detallarını açıqlamağa razılıq verib. Maide.az-ın məlumatına görə, bu barədə “İnterfaks”a polis orqanlarındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, müstəntiqlər saxlanılan 1978-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova ilə nəhayət təmas qura biliblər. Hazırda cinayətin törədildiyi mənzildə istintaq eksperimentinin keçirildiyi bildirilir. Polis həmçinin qadının qeyri-adekvat vəziyyətdə olmasının səbəblərini araşdırır. Qeyd edək ki, G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək “Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində “Allahu Əkbər” qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub. Teqlər : #Moskvada uşağın başını kəsən dayə günahını etiraf edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrailə tuşlanan ayaqqabı Misir səmasında... Tbilisi aeroportu bu gündən xüsusi xidmət qrafiki üzrə fəaliyyət göstərəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO