Miyanmar müsəlmanlarının düşərgəsində yanğın, yüzlərlə müsəlmanın sığınacağı kül oldu 03 May 2016 01:00 Dünya Myanmarın qərbində 2 min Rohingya müsəlmanının sığındığı düşərgədə bu gün güclü yanğın baş verib. Maide.Az xəbər verir ki, yanğın nətciəsində yüzlərlə müsəlman qaçqın sığınacağını itirib və didərgin düşüb. Myanmar hökumət rəsmiləri Sitvə şəhərinin yaxınlığında Badupa düşərgəsində baş verən yanğına səbəb kimi qaz peçindən sıçrayan alov və külək olduğunu bildirib. BMT-nin insan haqları üzrə koordinatoru bəyanat yayaraq deyib ki, ilkin məlumata görə, 14 nəfər yanğında yaralanıb. “440 ailənin yanğın nəticəsində evsiz qaldığı bildirilir. Hələlik dəqiq rəqəm açıqlanmayıb”. Qeyd edək ki, Myanmarda müsəlmanlar illərdir ki, zülm, zorakılıq, işkəncələrə məruz qalır. Qeyri rəsmi statistikaya əsasən ifratçı buddistlərin hücumları nəticəsində minlərlə müsəlman öldürülüb və evlərindən didərgindüşüb. BMT İnsan Hüquqları Şurası bu yaxınlarda Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmarda müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı. Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri qəbul etməmişdi. Myanmar rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir. Məlumat üçün bildirək ki, Myanmar hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əlllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. / Teqlər : #Miyanmar müsəlmanlarının düşərgəsində yanğın,#yüzlərlə müsəlmanın sığınacağı kül oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanlı üç yaşlı qız Quran qarisi oldu – FOTO Nəcəfdə İsrailli casus həbs olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO