Misirdə qum fırtınası - 5 ölü, 29 yaralı

Misirdə qum fırtınası - 5 ölü, 29 yaralı

Misirin müxtəlif şəhərlərində qum fırtınası hökm sürür.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, fırtına səbəbindən Kefr Şeyx şəhərində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, Süveyş şəhərində isə 27 nəfər xəsarət alıb.
 
Port Səid şəhərində isə güclü külək bir binanın bəzi hissələrini uçurub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
Beləliklə, fırtınanın səbəb olduğu hadisələrdə ümumilikdə 5 nəfər ölüb, 29 nəfər yaralanıb.
 
İsmailiyyə şəhərində isə küləyin elektrik naqillərini qoparmasına görə 5 evdə yanğın olub. Lakin, ölən və ya yaralananlar barədə məlumat verilməyib.
 
Bunlardan başqa, Süveyş, Zeytiyat, Rəşid və Burullus limanlarının fəaliyyəti dayandırılıb.
 
Qatı qum görmə məsafəsini azaldığı üçün Qahirə və Əs-Səid şəhərlərində qəzaların qarşısını almaq məqsədilə magistral yollar bağlanıb.

Google+ WhatsApp ok.ru