Meksikaya məxsus süni peyk havaya qaldırılarkən partlayıb

Bu gün Baykonur kosmodromundan havaya qaldırılan “Proton” raketi yenidən qəzaya uğrayıb. Daşıyıcı raketin kosmosa buraxılması zamanı Meksikaya məxsus peyk üçüncü pillədən ayrılmayıb və mühərrik sönüb.
 
 Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Mexsat-1” rabitə peyki çox güman ki, itirilib. Son məlumata görə o, Çita vilayətinə düşüb. Raketin üçüncü pilləsi və Meksika peyki ilə birgə yerə düşən “Briz-M” sürət bakında bir neçə ton zəhərli yanacaq komponenti olub.
 
Baş vermiş hadisənin təhqiqatı başlanıb, eyni zamanda Böyük Britaniyaya məxsus rabitə peykinin “Proton” raketi ilə iyunun əvvəllərinə planlaşdırılan uçuşu təxirə salınıb.
 
Bu, sutka ərzində artıq ikinci ştatdan kənar vəziyyətdir: gecə saatlarında “Proqress” kosmik yük gəmisinin mühərrikləri də işə düşməmişdi.
 
Xatırladaq ki, düz bir il əvvəl, 2014-cü il mayın 16-da “Proton” daşıyıcı raketi Baykonurdan havaya qalxdıqdan sonra qəzaya uğrayaraq peyklə birgə Çin səmasında atmosferdə yanmışdı. O zaman Rusiya istehsalı olan ən güclü telekommunikasiya kosmik aparatı məhv olmuşdu.azərtac

Google+ WhatsApp ok.ru