Mançesterdə törədilən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb - YENİLƏNİB

Mançesterdə törədilən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb - YENİLƏNİB

Ötən gün “Mançester Arena”da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda ölənlərin sayı 22-yə çatıb.
 
APA-nın “İndependent”ə istinadən verdiyi məlumata görə, ölənlər arasında uşaqların olduğu deyilir. Hadisə nəticəsində 59 nəfər yaralanıb.
 
Polis əməkdaşı Yen Hopkins bildirib ki, hadisəni törədən şəxsin üzərinə kustar üsulla hazırlanmış partlayıcı mexanizm yerləşdirilib və partlayış törədilib. Hadisə zamanı həmin şəxs də ölüb. Onun hər hansı terror təşkilatı və dəstə ilə bağlılığı araşdırılır.
 
***
 
İngiltərənin Mançester şəhərində azı 19 nəfərin ölümünə və 50 nəfərin yaralanmasına səbəb olan "Mançester Arena"da baş verən iki partlayış terror aktı kimi dəyərləndirilir.
 
Trend-in "TASS"a istinadən verdiyi məlumaat görə, bu barədə Mançester şəhər polisinin "Twitter" hesabında deyilir.
 
"Hazırda bu insident terror aktı kimi dəyərləndirilir", - kommyünikedə qeyd edilir.
 
Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş vermişdi. 
 
İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.
 
Hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.

 

Google+ WhatsApp ok.ru