'İmam Hüseynin (ə) südəmər körpələri' ayini keçiriləcək 10 Avqust 2020 15:41 Dünya “İmam Hüseynin (ə) südəmər körpələri” adlı ayin bu il İranda və dünyanın 45 ölkəsində keçiriləcək. Maide.Az xəbər verir ki, bunu Həzrət Əli Əsğər (ə) Ümumdünya Assambleyasının katibi Davud Mənafipur deyib. Onun sözlərinə görə, bu il bu ayin Məhərrəm ayının ilk cümə günü (avqustun 21-də, Məhərrəm ayının ilk günü) İranın paytaxtı Tehranda Azadi stadionunda təşkil olunacaq. Qeyd edək ki, "İmam Hüseynin südəmər körpələri" ayini hər il İranın müxtəlif şəhərlərində on minlərlə qadın və onların südəmər körpələrinin iştirakı ilə və izdihamlı şəkildə qeyd edilir. Bildirək ki, sözügedən ayin dünyanın 45 ölkəsində o cümlədən Azərbaycanın bəzi bölgələrində, İraq və Əfqanıstanda da İmam Hüseynin Kərbəlada şəhid edilən ən az yaşlı övladı 6 aylıq Əli-Əsğərin anımı münasibətilə keçirilir. Teqlər : #'İmam,#Hüseynin,#(ə),#südəmər,#körpələri',#ayini,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livanın baş naziri istefa verib İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl (ə) hərəmlərinin üzərində qara bayraq xüsusi mərasim keçirilmədən dəyişdiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO