Məhkəmə ABŞ-da hicab taxdığına görə işə qəbul edilməyən müsəlman qadının xeyirinə qərar çıxarıb

Maide.az “Euronews”a istinadən xəbər verir ki, 2008-ci ildə Abercrombie & Fitch  mağazalar şəbəkəsinə işə qəbul üçün müraciət etdən İslamı qəbul etmiş amerikalı Samanta Elauf hicab taxdığna görə rədd cavabı alıb. Şirkət qərarını dükanlarındakı xüsusi dress-kod qaydası ilə izah edib.

Dini etiqadına görə haqsızlıqla üzləşən Samanta Elauf məhkəməyə şikayət edib. ABŞ ali məhkəməsində 9 nəfərdən ibarət hakim heyətindən 8-i müsəlman qadının xeyrinə qərar çıxarıb.

Qeyd edək ki, aşağı instansiya məhkəməsi appelyasya məhkəməsinin Elaufa 20 min təzminat ödənilməsi haqda qərarı ləğv etmişdi.

Google+ WhatsApp ok.ru