Məkarim Şirazi: Düşmənlər təkfirçilərlə özləri üçün təhlükəsiz haşiyə yaradıblar

`Düşmənlər İslamın qüdrətini zəiflətməkdə ən yaxşı yolu bunda görürlər ki, müsəlmanları bir-birilərinin canına salsınlar`

Maide.az xəbər verir ki, Ayətullah Məkarim-Şirazi dünən axşam Bosniyanın din xadimlərinin başçısı ilə görüşdə müsəlmanların müasir dünyada böyük bir qüdrət təşkil etdiklərini bildirərək deyib ki, müsəlmanlar beynəlxalq məsələlərdə təsirli ola bilərlər və buna görə, düşmən İslamın qüdrətindən qorxub və İslamın qüdrətini zəiflətməyə çalışır.

Şiələrin təqlid mərcəyi bildirib: "Düşmənlər İslamın qüdrətini zəiflətməkdə ən yaxşı yolu bunda görürlər ki, müsəlmanları bir-birilərinin canına salsınlar."

Ayətullah Məkarim-Şirazi düşmənlərin müsəlmanlar arasında təfriqə alovu salmaq üçün təkfirçilərdən istifadə etdiklərini deyərək, bildirib ki, qərblilər iddia etdiklərinin əksinə olaraq, təkfirçilərlə mübarizə aparmırlar. Əksiinə, onlara kömək edirlər, zira onlara kömək etməzlərsə, qısa bir zamanda İŞİD və onların tayları məhv olarlar.

Google+ WhatsApp ok.ru