Mərakeşdə yol qəzası: 31 ölü

Mərakeşdə yük maşını ilə avtobusun toqquşması nəticəsində ən azı 31 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, zərbədən avtobus alovlanıb. İlkin məlumata əsasən, avtobusda yarışdan evə qayıdan yeniyetmələrdən ibarət idman komandası olub.

Ölənlərin əksəriyyətinin 10-14 yaşlı olduqları bildirilir./

Google+ WhatsApp ok.ru