Londonda Şeyx Zəkzakiyə dəstək aksiyası keçiriləcək 09 İyul 2019 14:21 Dünya Bu gün günün ikinci yarısında Londonda yerli vaxtla saat 16:00-dan 18:00-dək Nigeriya şiələrinin rəhbəri və İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakiyə dəstək askiyası keçiriləcək. Maide.Az İQNA-a istinadla xəbər verir ki, aksiya "London İslami İnsan Hüquqları Komissiyası"nın təşəbbüsü ilə keçiriləcək. Qeyd edək ki, Nigeriya şiələrinin lideri və İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin barəsində yayılan tibbi məlumatdan sonra dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən siyasi və insan haqları fəalları dəstək aksiyaları keçiriblər. Şeyx İbrahim Zəkzaki 2015-ci ildə öz evində Nigeriya silahlı qüvvələrinin hücumuna məruz qalıb. Bu hücumda özü və xanımı həbs edilib, tərəfdarları qətliam olunublar. Hazırda dörd ildir ki, qanunsuz olaraq həbsdə saxlanılır. Nigeriya ali məhkəməsi onun barəsində bəraət hökmü çıxarsa da dövlət hökmu icra etməkdən boyun qaçırır. Teqlər : #Londonda,#Şeyx,#Zəkzakiyə,#dəstək,#aksiyası,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Honq Konqda etirazlar 'davam edəcək' Nigeriyada Şeyx Zəkzaki tərəfdarlarına hücum, ölənlər var - FOTO/VIDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO