Livan prezidenti: “Qərb qaçqın böhranını siyasiləşdirir”

Livan prezidenti: “Qərb qaçqın böhranını siyasiləşdirir”

Livanın prezidenti Mişel Aun Qərb ölkələrini qaçqın böhranını siyasiləşdirməkdə ittiham edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Mişel Aun Suriyada qaçqın böhranının, ölkədəki siyasi böhrandan ayrı qəbul edilməli olduğunu deyib. O, Qərbin iki mövzunu birləşdirərək, qaçqın böhranını siyasiləşdirdiyini bildirib.
 
Suriyadakı siyasi qarşıdurmanın tərəfi olmadığını qeyd edən Livan prezidenti, belə danışıb: “Qərb ölkələrinin Suriya siyasi böhranının həlli ilə Livanda baş verən qaçqın böhranının həllini əlaqələndirməyə çalışır, bu barədə razılaşa bilmirik”.
 
Livan-Suriya sərhədində yaraqlılarla döyüşdüklərini deyən Livan prezidenti, bunun müqabilində Livanın qarşıdurmanın mərkəzində olmadığını, böhran və müharibənin nəticələri ilə qarşılaşmadığını söyləyib: “Qərb nə baş verdiyinə dair anlayışa malik deyil. Ancaq Rusiya başa düşür və bu problemləri həll etmək üçün təşəbbüsə başladı”.
 
 
 
 
 
Aun Rusiya və Livanın qaçqın böhranı üçün müştərək komitə təşkil etdiyini xatırladıb.
 

Google+ WhatsApp ok.ru