Küveyt terror partlayışı şübhəlilərinin etirafı

Maide.az xəbər verir ki, heç bir vətəndaşlığı olmayan Əbdurrəhman Səbah İydan Səud Küveytdə qanlı partlayış işinin 29 müttəhiminin mühakiməsi zamanı deyib ki, Küveytdəki İmam Sadiq (ə) məscidinə qarşı partlayış hücumundan öncə İŞİD-ə qoşulubmuş.
 
Səud həmçinin etiraf edib ki, İŞİD-in məsuliyyətini üzərinə götürdüyü bu hücumda istifadə olunacaq partlayış kəmərini axtarmaq üçün Ərəbistan sərhədi yaxınlığındakı kəndlərin birinə gedibmiş.
 
Qeyd edək ki, sözügedən terrorçu iyunun 26-da Küveytin Əlsəvabər məntəqəsində yerləşən İmam Sadiq (ə) məscidində bomba partladıb və nəticədə 27 nəfər həlak olub, 227 nəfər də yaralanıb.
 
Küveytdə partlayış işinin 29 müttəhiminin mühakiməsinin ilk iclası çərşənbə axşamı günü keçirilib.
 
Məhkəmə bu hücumda əli olduğu ehtimal olunan 22 kişi və 7 qadının mühakiməsi üzrə növbəti iclası cümə axşamına saxlayıb.

Google+ WhatsApp ok.ru