Keçmiş hərbi komissar həbsxanada vəfat edib

Saatlının keçmiş hərbi komissarı İlqar Atayev həbsxanada vəfat edib. “Azadliqinfo.az” saytının xəbərinə görə, bu, martın 27-də baş verib.
 
İ.Atayevin 6 saylı cəzaçəkmə müəssisəsində olduğu bildirilirdi. Onun ölümünün səbəbləri açıqlanmır.
 
İlqar Atayev 2012-ci ildə həbs olunub. O, rüşvət almaqda təqsirli bilinirdi.
 
İ.Atayev 2007-ci ildə Hərbu Çağırış və Səfərbərlik üzrə Dövlət Xidməti qurumu təsis edilərkən Saatlı rayonuna rəis əvəzi təyin edilmişdi./

Google+ WhatsApp ok.ru