Kərbəla şəhidləri – Əqil ailəsinin şəhidləri 08 Oktyabr 2019 16:25 Səfər Aşura faciəsində Əqilin övlad və nəvələri İmam Hüseynə (ə) yardım etməkdə elə qeyri-adi fədakarlıq göstərdilər ki, axırda İmam Hüseynin (ə) alqışına səbəb oldu. Həzrət onların fədakarlığını gördükdə, onları Cənnətlə müjdələdi və buyurdu: صَبْراً آلَ عَقيلٍ إِنَّ مَوْعِدَكُمُ الْجَنَّةُ، اللَّهُمَّ اقْتُلَ قاتِلَ آلِ عَقيل “Ey Əqil xanədanı! Səbirli olun, sizin yeriniz Cənnətdir. İlahi! Ali-Əqili öldürənləri məhv et!” ("Əqil ibn Əbutalib", səh.71; "Yənabiul-məvəddəh", c.3, səh. 3.) İmam Səccad (ə) Əqil xanədanına xüsusi qayğı göstərirdi, hətta onları Cəfər Təyyar xanədanından üstün tuturdu. Bunun səbəbi soruşulduğu zaman buyurdu: إِنِّي أَذْكُرُ يَوْمَهُمْ مَعَ أَبِيعَبْدِاللَّهِ فَأَرِقُّ لَهُمْ “Onların Əba-Əbdillah yolundakı fədakarlıqları yadıma düşdükdə, onlara ürəyim yanır.” ("Əyanuş-şiə", c.1, səh.636.) Aşura hərəkatında Əqil xanədanından doqquz nəfər şəhadət feyzinə nail oldu: 1. Kufədə şəhid olan Müslim ibn Əqil; 2. Abdullah ibn Müslim ibn Əqil (Müslim oğlu Abdullah); 3. Məhəmməd ibn Müslim ibn Əqil (Müslim oğlu Məhəmməd); 4. Cəfər ibn Əqil; 5. Əbdürrəhman ibn Əqil 6 Məhəmməd ibn Əqil; 7. Abdullah ibn Əqil; 8. Əli ibn Əqil; 9. Məhəmməd ibn Əbu Səid ibn Əqil. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.780-781.) Maide.az – Maarif bölümü Teqlər : #Kərbəla,#şəhidləri,#–,#Əqil,#ailəsinin,#şəhidləri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əmmar Yasir - Haqla batilin meyarı Kərbəlanın son şəhidi – Süveyd ibn Əmr ibn Əbül-Müta