16. İmam Səccadın (ə) üç istəyi

16. İmam Səccadın (ə) üç istəyi

Yezid Kərbəla əsirlərini Şamdan Mədinəyə yollamaq istədikdə, İmam Səccadı (ə) çağırıb deyir ki, yerinə yetirəcəyimə söz verdiyim o üç istəyi açıqla! İmam (ə) buyurur: İlk istəyim, növbəti dəfə ağam və sərvərim Hüseynin (ə) üzünü görməkdir; ondan güc almaq və onunla vidalaşmaq istəyirəm. İkinci istəyim, bizdən qarət etdiklərini geri qaytarmağındır. Üçüncü istəyim budur ki, əgər məni öldürmək fikrin varsa, bu qadınlara birini qoş ki, onları babalarının hərəminə (Mədinəyə) çatdırsın.

 
Yezid İmam Səccadın (ə) ilk istəyini (o an) qəbul etmədi və ikinci istəyinə cavab olaraq dedi: Sizdən alınanların əvəzi artıqlaması ilə sizə veriləcək. Üçüncü istəyinə gəlincə, mən səni öldürməyəcəm və bu qadınları səndən başqası Mədinəyə çatdırmayacaq.
 
İmam (ə) buyurdu: “Biz sənin malına möhtac deyilik və onlar sənə qalsın. İstəyim budur ki, bizdən qarət edilənlər bizə geri qaytarılsın:
 
...لِأنَّ فيهِ مَغْزَلُ فاطِمَةَ بِنْتِ مُحَمَّدٍ، وَ مِقْنَعَتُها، وَ قِلادَتُها، وَ قَميصُها
 
Çünki o malların arasında Həzrət Zəhranın (s.ə) ip əyirən aləti, şalı (örtüyü), boyunbağısı və köynəyi vardır...”
 
Yezid əmr verir ki, qarət olunan malları geri qaytarsınlar, özü isə iki yüz dinar ona əlavə edir. İmam Səccad (ə) o iki yüz dinarı götürüb fəqirlər arasında bölür. (“Məlhuf” (Lühuf), səh.224.)
 
Həmçinin belə nəql olunur ki, Əhli-beyt (ə) karvanı Şamdan hərəkət etdiyi vaxt Yezid göstəriş verir ki, kəcavələri bəzəsinlər və Hüseyn (ə) əhli-əyalına çoxlu sərvət versinlər. Sonra Ümmü-Gülsümə deyir: “Bu malları, sərvəti sizə çatan müsibətlərin qarşılığı olaraq götürün!” Ümmü Gülsüm cavabında deyir:
 
“Ey Yezid, sən həyasız və utanmazsan! Qardaşım və ailəmizi qətlə yetirir, qarşılığında isə bizə mal verirsən?! (Əsla belə olmayacaq!) (“Biharul-ənvar”, c.45, səh.197-azacıq ixtisarla.)
 
Bu macəra göstərir ki, Şam xalqının əksəriyyəti Yezidə qarşı çıxmışdı və o da, bu macərada uduzduğunu görürdü. Çarəsizlikdən zahirdə sevgi doğuran addımlar atmaqla xalqın qəzəbini söndürməyə çalışırdı, lakin Əhli-beyt (ə) onun qarşısında təslim olmamaqla öz qəzəbini göstərirdi. Bu xatirələr Şam xalqının zehninə həkk oldu və o asudə mühiti Bəni-Üməyyə ailəsi üçü təhlükəli məkana çevirdi. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.617-618.)
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru