Kəşmirin “Hüriyyət” partiya rəhbərləri ev dustaqlığında

Kəşmirin “Hüriyyət” partiya rəhbərləri ev dustaqlığında

Kəşmirin “Hüriyyət” partiyasının rəhbəri Mirvaiz Ömər Faruq və partiyanın sözçüsü Şəhidul-İslam məhkəmənin qərarı ilə bu gündən ev dustaqlığında saxlanılacaq. 
 
Maide.Az “greaterkashmir” xəbər saytına istinadən xəbər verir ki, partiyanın məsul şəxslərinin ev dustaqlığına dair qərar bu gün onlara bildirilib və onların evdən çıxmalarının qarşısı alınıb. 
 
Məlumatda bildirilir ki, Mirvaiz Ömər Faruq bu gün Racbağ bölgəsində partiyanın qərargahında keçiriləcək bir seminara qatılmalı imiş. Səhər saat 9:30-da polislər evinə gəlib onun ev dustağı olduğunu ona məlumat verib.   
 
“Hüriyyət” partiyası hazırda 1990-cı ildə öldürülən Mirvaiz Maulvi Farooqun xatirəsinə həsr olunmuş müxtəlif proqramlar həyata keçirməyi planlaşdırırmış. /

Google+ WhatsApp ok.ru