Çin müsəlmanları qadağalara baxmadılar - FOTO 19 İyun 2015 01:00 Ramazan Çində müsəlmanların oruc tutmasının qadağan olmasına baxmayaraq onlar öz dini borclarını yerinə yetirir. Maide.az xəbər verir ki, öncədən də xəbər verdiyimiz kimi Çin rəhbərliyi keçən il olduğu kimi, bu il də Sintszyan-Uyğur Muxtar Rayonunda məmur, şagird və müəllimlərin oruc tutmasını qadağan edib. Bu barədə Çin rəhbərliyi məlumat yayıb. Lakin bu qadağalara baxmayaraq müsəlmanlar öz oruclarını tutur ve ibadətlərini edirlər. Məlumata əsasən, Çin hökunməti həmçinin, uyğurlara aid restoranlara oruc saatlarında açıq olmaq məcburiyyəti tətbiq olunub. Dünya Uyğur Konqresinin rəhbəri Dilşad Rəşid Çin hökumətinin müsəlmanların işlətdiyi restoran və mağazalarda siqaret və alkoqollu içki satışını davam etdirmələrini tələb etdiyini də qeyd edib. Teqlər : #Çin müsəlmanları qadağalara baxmadılar FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ramazan İlahi küləklərin əsdiyi aydır Pakistanda iftar üçün hazırlanan xüsusi dissert- Foto