Mübarək Ramazan atının 18-ci gününün duası -ViDEO 11 May 2020 19:44 Ramazan Ramazan ayı təqvimi və gündəlik duaları Bakıda sübh azanı saat 03:53-də, axşam azanı isə saat 20:02-dədir. اَللّـهُمَّ نَبِّهْني فيهِ لِبَرَكاتِ اَسْحارِهِ، وَنَوِّرْ فيهِ قَلْبي بِضياءِ اَنْوارِهِ، وَخُذْ بِكُلِّ اَعْضائي اِلَى اتِّباعِ آثارِهِ، بِنُورِكَ يا مُنَوِّرَ قُلُوبِ الْعارِفينَ Duanın oxunuşu: Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zayi iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin. Duanın tərcüməsi: İlahi, Öz nurunla məni bu ayın səhərlərinin bərəkətlərindən agah et, bu gün qəlbimi həmin ayın nuru ilə işıqlandır və bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə məmur et, ey qəlbləri nurlandıran Allah! İFTAR DUASI اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li. Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla! Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz: 18-ci gün- 4 rukət (Hər rukətdə 1 Həmd, 25 kovsər) Teqlər : #Mübarək,#Ramazan,#atının,#18ci,#gününün,#duası,#ViDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəlbləri Allahın zikrinə qarşı sərt olanların vay halına! Mübarək Ramazan ayının 19-cu gününün duası - VİDEO