Çində müsəlman müştəri qəbul etdiyi üçün hotel sahibi cərimələndi 11 Oktyabr 2017 01:00 Dünya Çinin cənub-şərqində Guanqdung əyalətinin Şenzen şəhərində yerli polis uyğur müsəlmana otaq verdiyi üçün hotel sahibini cərimələyib. Maide.Az xəbər verir ki, hadisənin həftənin bazar ertəsi günü verdiyini təsdiqləyən hotel işçisi deyib: Əyalət polisi göstəriş verib ki, hotellər müsəlman müştəriləri qəbul etməsin. Buna görə də, bu göstərişə əməl etməyərək uyğur müsəlmana xidmət göstərən hotel sahibi cərimələnib. Qeyd edək ki, Çinin Komunist partiyasının milli konqresinin keçirilməsi ərəfəsində bu ölkədə yaşayan müsəlmanlara qarşı təzyiqlər artıb. Müsəlman uyğurların ictimai hərəkətlərinə məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərdən biri də budur ki, hotellər uyğur müsəlmanlara xidmət göstərməməlidir. Uyğurlar Çinin şimal-qərbində Sinkyang əyalətində (Şərqi Türküstan) yaşayan müsəlman türk tayfalarıdır. Onların sayı 35 milyondan çoxdur. Çin dövləti 1960-cı ildən radikalizmlə mübarizə bəhanəsi və adı altında bu müsəlmanlara zülm edir, onların fərdi, dini və ictimai hüquqlarını pozur. (iqna) Teqlər : #Çində müsəlman müştəri qəbul etdiyi üçün hotel sahibi cərimələndi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qərar dəyişməzsə, 10 min tələbə ziyan çəkəcək Işğalçı İsrail rejimi Fələstin kəndində azanı qadağan etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO