Çində mədən partlayışı - 7 ölü, 11 yaralı

Çində mədən partlayışı - 7 ölü, 11 yaralı

Çinin Quyçjou əyalətində mədəndə baş vermiş partlayış nəticəsində 7 nəfər həlak olub.
 
Trend-in məlumatına görə, 11 mədənçi müxtəlif xəsarətlər alıb.
 
Hadisə zamanı yerin altında 41 nəfərin olduğu bildirilir. Digər mədənçilər xilas edilib.
 
İlkin məlumatlara görə, mədəndə partlayış qaz sızması nəticəsində baş verib. /

Google+ WhatsApp ok.ru