Şimal bölgəsində əhali gecəni küçələrdə keçirmək məcburiyyətində qalıb 30 İyul 2018 01:00 Hadisə Şimal bölgəsində baş verən yanğın Siyəzənin Qalaaltı və Şabranın Çıraqqala kəndindən sonra Şabranın Dağbilici kəndinə keçib. Maide.Az bildirir ki, Sputnik Azərbaycan-ın bölgə müxbirinin sözlərinə görə, axşam saatlarında Dağbilicidə yanğın bütün kəndin ərazisini bürüyüb. Kənd sakini Aləmşan Nəcməddinovun sözlərinə görə, Abdulov Mehmana məxsus heyvan tövləsi yanıb kül olub. "Axşam saatlarında yanğın qəfildən gücləndi. Əkin sahələri yandı. Örüşdə olan bir neçə baş mal-qaraya ziyan dəyib. Naxırçı heyvanları zorla kəndə çatdırıb. Evimizi zorla qoruya bildik. Fövqəladə Hallar Nazirliyinə zəng etdik, amma onlar Qalaaltını söndürdüklərinə görə kəndimizə gec gəlib çıxdılar". Onu da qeyd edək ki, hazırda yanğın davam edir və kənd sakinləri evlərinə girməyə ehtiyat etdiklərindən gecəni küçələrdə keçirməyi nəzərdə tuturlar. Teqlər : #Şimal bölgəsində əhali gecəni küçələrdə keçirmək məcburiyyətində qalıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru FHN: Ağsuda meşə ərazisi yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb Qəza səbəbindən bəzi yollarda hərəkət məhdudlaşdırılacaq