Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilində çap olunub 14 Avqust 2014 01:00 Mədəniyyət Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, kitabın tərcüməçisi tədqiqatçı-şair Əkbər Həmidi Əlyardır. Kitab AMEA Hüseyn Cavidin Ev Muzeyinə hədiyyə edilib. Muzeyin direktoru Gülbəniz Babaxanlı bildirib ki, Əkbər Əlyar fars dilini və Azərbaycan türkcəsini mükəmməl bilir: “Fəlsəfi düşüncəsi onu deməyə əsas verir ki, o, “Peyğəmbər”i məhz Cavidin çatdırmaq istədiyi gözəllikdə fars dilli oxuculara təqdim etmək iqtidarındadır. Əkbər Əlyarın sözlərinə görə, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcək. Bu, H.Cavidi İranda geniş oxucu kütləsinə tanıtmaqla yanaşı, bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək”. Teqlər : #Hüseyn Cavidin Peyğəmbər əsəri fars dilində çap olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın əməkdar artisti Azər Mirzəyev dünyasını dəyişib Sami Yusuf BMT-nin səfiri oldu
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək