Hindistanlı rəsmi ölkəsində 180 milyon müsəlmanın yaşadığını açıqladı

 Hindistanın təhlükəsizlik nazirinin müşavirinin müavini Arvind Gupta Əl-Əzhərin şeyxi Əhməd Təyyiblə görüşündə ölkəsində 180 milyon nəfər müsəlmanın yaşadığını elan edib. 
 
Maide.az   On Islam saytına istinadən məlumat verir ki, O deyib ki, Hindistanın 1.1 əhalisi var ki, onların 180 milyon nəfəri müsəlmanlardır.  Hİndistan İndoneziya və Pakistandan sonra müsəlmanların sayına görə 3-cü yerdə qərar tapır. 
 
görüşdə Hindistanlı rəsmilər Əl-Əzhərlə əməkdaşlıqlarını artırmaqda maraqlı olduqlarını bildiriblər. 
 
Qeyd edək ki, baxmayaraq ki, Hindistanda müsəlmanların sayı çoxdur, lakin bu ölkədə müsəlmanlar dini azlıq kimi tanınırlar. Hindistan müsəlmanları ölkə əhalisinin 13 faizini təşkil edir. Uzun müddətdir ki, müsəlmanlara qarşı Hİndistanda ayrı seçkilik edilir və bu müsəlmanların etirazına səbəb olub.  Müsəlmanlar təhsil, iş və digər sahələrdə ayrıseçkiliklə üzləşirlər və müsəlmanların təhsil və işləməsi üçün problemlər yaradılır.  /
 
 
 

Google+ WhatsApp ok.ru