Hindistanda həddən artıq istilərdən 1412 nəfər öldü

Maide.az-ın məlumatına görə, hindistanlı rəsmi şəxslər isti hava dalğasından ən çox təsirlənən Andhra Pradeş və Telangana əyalətlərində havanın temperaturunun 47 dərəcəyə çatdığını açıqladı. Rəsmi şəxslər iki əyalətdə həddindən artıq istinin səbəb olduğu xəstəliklər ucbatından 1412 nəfərin öldüyünü bildirib. Ölənlərin böyük qismini inşaat fəhlələri, yaşlılar və evsilərdən ibarət olduğu bildirilir.
 
İsti havanın təsirini azaltmaq üçün xalqa bol maye istehlak edilməsi, 10.00 ilə 16.00 saatları arasında məcburi olmazsa çölə çıxmamaq, çıxılması halında isə başın örtülməsi tövsiyə edilir.
 
İstinin mənfi təsirlərindən qorunmaq üçün xalqın çaylara axın etdiyi Hindistanda hədsiz istilərin asfaltı əritdiyi, kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurduğu bildirilib. Ancaq yoxsulluğun geniş olduğu Hindistanda tikinti fəhlələri, dolanışıqlarını təmin etmək üçün çalışmaq məcburiyyətində olduqlarını bildirir.
 
Meteorologiya rəsmiləri, hədsiz istilərin bir neçə gün də davam edəcəyini bildirib. Hava temperaturunu gələn həftədən etibarən düşməsi gözlənilir.

Google+ WhatsApp ok.ru