Hacıqabulda qardaş bacısını qətlə yetirib

Hacıqabul rayonunda qətl hadisəsi baş verib.
 
Qətli törədən şəxsin Mingəçevir şəhər sakini olduğu bildirilir. Adı hələlik açıqlanmayan şəxs iyulun 5-də Hacıqabul rayonunun Qızılburun kəndində bacısını qətlə yetirib, daha sonra meyiti yandırıb.
 
Meyit bu gün Bakı-Qazax magistralının kənddən keçən hissəsində, yolun kənarında aşkarlanıb.
 
Qətli törədən şəxs özü polisə təslim olub.

Google+ WhatsApp ok.ru