Hacıqabulda mikroavtobus aşıb, ata və ana xəsarət alıb, oğul isə ölüb

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Bakı-Qazax magistralının 80-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
 
Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayonunun Udulu kənd sakini, Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər - ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov  Dostəli Hümbət oğlu, anası 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdirilib.
 
Məlumata görə, qabaq təkərinin partlaması mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb olub.
 
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Google+ WhatsApp ok.ru