Hacıqabulda evdə baş verən yanğında bir nəfər yanaraq ölüb - YENİLƏNİB + FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün axşam saatlarında Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
 
Maide.az-ın  FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb.  Yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. 
 
Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 

Google+ WhatsApp ok.ru