Hacıqabulda dəhşət yaşandı: 3 ölü

Hacıqabul rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
 
Bu gün saat 8:00 radələrində Bakı-Qazax yolunun 125-ci km-də, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Sabirabad rayonu Qəzli kənd sakini, 1955-ci il təvəllüdlü Mustafayev Rafiq Nəcməddin oğlunun idarə etdiyi 90 BH 740 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobillə Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Sarıyev Natiq Valeh oğlunun idarə etdiyi 66 AC 512 dövlət nömrə nişanlı, “KamAZ” markalı avtomobil toqquşub.
 
Nəticədə “VAZ-2107”-in sürücüsü və avtomobildə olan iki nəfər - Sabirabad rayonunun Yenikənd kənd sakinləri, 2015-ci il təvəllüdlü Əliyev Nurid Mənsur oğlu və 1967-ci il təvəllüdlü Əliyev Mehralı Əzizağa oğlu ölüb, 1975-ci il təvəllüdlü Əliyeva Dilarə Əhməd qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub. Faktla bağlı araşdırma aparılır. APA./

Google+ WhatsApp ok.ru