Hacıqabulda ağır yol qəzası baş verib, ölən var 02 Avqust 2014 01:00 Hadisə Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Hacıqabul polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə avqustun 1-də gecə saat 23.00 radələrində Şirvan-Hacıqabul magistralının 1-ci kilometrliyində baş verib. Şirvan sakini Hacıyev Samir Qadir oğlu idarə etiyi VAZ 2107 markalı 10 UF 107 dövlət nömrə nişanlı avtomobillə yoldan keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hələlik piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun meyiti Şirvan şəhərinin Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə təhvil verilib. Hacıqabul polisi meyitin fotogörüntülərini yayıb. Ölən şəxsin təxminən 30-35 yaşlarında olduğu bildirilir. Sol qolunun yuxarı nahiyəsində “Zamir”, biləyində isə “Ata ana” sözləri yazılıb. Onu tanıyanlardan Hacıqabul polis şöbəsinə 021 204 10 32 nömrəli telefona zəng etmələri xahiş olunur. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Hacıqabulda ağır yol qəzası baş verib,#ölən var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən olan Telman Cəfərov qətlə yetirilən zaman itkin düşən şəxslərdən xəbər var Bakıda yaşadığı evdə qətlə yetirilən qadının üzərində 17 bıçaq xəsarəti aşkar edilib