Hacıqabulda 75 yaşlı qadın özünü yandırdı

Hacıqabulda 75 yaşlı qadın özünü yandırıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon sakini, 1941-ci il təvəllüdlü B.İbrahimov küçəsi, ev 1/6  ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib.

 

O,  bədənin 90 faizinin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
 
Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər. Hal-hazırda həkimlər xəstənin vəziyyətini kritik qiymətləndirir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.
 

Faktla bağlı Hacıqabul prokroluğunda araşdırma aparılır.  
 
***
 
Hacıqabul rayonunda qadın özünü yandırmaqla intihara cəhd edib.
 
Maide.Az  Anspress-ə istinadən xəbər verir ki, rayon sakini Püstəxanım Kərimova özünü həyatına qəsd edib.
 
Qadın bədənin 90 faizinin termik yanığı, yanıq şoku ilə ağır vəziyyətdə Şirvan Şəhər xəstəxanasına yerləşdirilib. Tibb ocağının reanimasiya şöbəsindən bildirilir ki, xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar edlib.
 
Hazırda həkimlər xəstənin vəziyyətini kritik qiymətləndirir.
 
Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib. Faktla bağlı Hacıqabul prokurorluğunda araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru