Haaqa Qəzzanı və İordan çayının qərb sahilini Fələstin torpaqları kimi tanıyıb 11 Fevral 2019 14:42 Dünya Niderlandda (Hollandiya) yaşayan fələstinlilər öz doğum yerləri kimi Qəzza və İordan çayının qərb sahilini yaza biləcəklər. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Niderland dövlət katibi Reymon Knops Haaqada yerləşən Nümayəndələr Palatasına məlumat verib. Palataya yazdığı məktubunda Knops bəyan edib ki, o, Niderlandda yaşayan fələstinlilərin inzibati qeydiyyatı zamanı doğulduqları yer qismində Fələstinin Qəzza zolağını və İordan çayının qərb sahilini, Şərqi Qüdsü yazmağa icazə verəcək. R.Knops məktubda qeyd edib ki, bu qayda Niderland hökumətinin İsrailin həmin ərazilərə suverenliyini rədd etmək kimi rəsmi mövqeyilə tamamilə uyğundur. Onun sözlərinə görə, bu təşəbbüs Oslo sülh sazişlərinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də uyğundur. Yeni qayda 1948-ci ilin 15 may tarixindən bəri dünyaya gəlmiş fələstinlilərə şamil ediləcək. Bildirək ki, Niderland hökuməti Fələstin dövlətinin müstəqilliyini tanımır, həmçinin Fələstinin Qəzza, Şərqi Qüds və İordan çayının qərb sahili kimi bölgələrini də İsrailin əraziləri kimi tanımaqdan imtina edir. Bu səbəbdən indiyədək Fələstinin sözügedən bölgələrində dünyaya gəlmiş şəxslərin sənədləşdirilməsi zamanı doğum yeri kimi qeyd etmək üçün yalnız iki variant təklif olunub. Belə ki, fələstinlilər doğulduqları yeri ya İsrail kimi qeyd etməli, ya da naməlum yazaraq boş buraxmalı idilər. Bundan sonra isə Qəzza, Şərqi Qüds və İordan çayının qərb sahili bölgələri İsraildən ayrı Fələstin bölgələri kimi qeyd ediləcək. Qeyd edək ki, bugünədək BMT-nin Baş Assambleyası və dünyanın 136 ölkəsi Fələstinin dövlət müstəqilliyini tanıyıb. Lakin bir çox Avropa dövlətləri bu addımı atmaqdan hələ də çəkinir. Teqlər : #Haaqa,#Qəzzanı,#və,#İordan,#çayının,#qərb,#sahilini,#Fələstin,#torpaqları,#kimi,#tanıyıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Humanistlər’ 6 yaşlı körpənin qətlinə niyə susur? İŞİD-in məşhur qırmızı saqqal siması həbs olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO