Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasimi - FOTO 27 Yanvar 2020 09:42 İslam lideri Ali Rəhbər Ayətullah Xamenei, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş birinci matəm gecəsi keçirildi. Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Siddiqi Qurani-Kərimin ayələri, o cümlədən “Məvəddət ayəsi”nə istinad edərək Əhli-beytin (ə), o cümlədən Həzrət Fatimənin (s.ə) tanınmasının məvəddət və o öndərlərə tabe olmağın vacib şərti olduğunu dedi: “İslamın o böyük xanımının ən mühüm üstünlüyü xalis bəndəlik və canı bahasına vilayətin haqqını qorumaq olmuşdur. Bu işıqlı məktəbin Şəhid Süleymani kimi yetirmələri də canlarını qurban verməyə hazır olacaq qədər bəndəlik və vilayətçilik dəyərlərinə bağlıdırlar”. Höccətül-İslam vəl-müslimin Siddiqi general Süleymaninin şəhadətinin İslam və İnqilabın iqtidarının artması, yeni oyanış dalğasının yaranması kimi mühüm nəticələrinə işarə edərək dedi: “Şəhid Süleymani kimi misilsiz nümunələr din hakimiyyətinin bərəkəti sayəsində yetişib parlayırlar. Bu səbəbdəndir ki, imperialistlər əsl din və dini hökumətə qarşı qəzəblidirlər”. Mərasimdə cənab Mehdi Rəsuli Siddiqeyi-Kübranın (s.ə) başına gələn müsibətlərdən danışaraq növhə oxudu. Teqlər : #Həzrət,#Zəhranın,#(s.ə),#şəhadətinə,#həsr,#edilmiş,#matəm,#mərasimi,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneinin iştirakı ilə ‘Fatimiyyə günləri’ əzadarlıq mərasimləri keçiriləcək Ali Rəhbərin hüzurunda Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ikinci matəm gecəsi- FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB