Ali Rəhbərin hüzurunda Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ikinci matəm gecəsi- FOTO 28 Yanvar 2020 09:38 İslam lideri Ali Rəhbər Ayətullah Xamenei, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ikinci matəm gecəsi keçirildi. Maide.Az "leader.ir" saytına istinadla xəbər verir ki, mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Allah və ilahi dəyərlər üçün qəzəblənməyin müqəddəs qəzəb olduğunu dedi: “Əhli-beytin (ə) həyatı göstərir ki, haqqın inkarı, dində bidət (dində olmayanın dinə gətirilməsi), müqəddəslərin təhqir edilməsi, ictimai fəsadlar, iş icraçılarının qanun pozuntusu və xəyanəti qarşısında susmaq yolverilməzdir. Necə ki, Həzrət Fatimeyi-Zəhra (s.ə) haqq və vilayətin inkarı və unudulması qarşısında susmadı”. Höccətül-İslam vəl-müslimin Rəfii vilayəti-fəqih, İmam Rahilin vəsiyyətnaməsi və şəhidlər kimi məsələlərin haqqı tanımaq üçün qəti parametrlər olduğunu dedi: “Təbii ki, haqqın müdafiəsi xərcsiz başa gəlmir. Məsələn, İnqilabın Şəhid Süleymani kimi böyük şəhidləri bu xərcləri öz canları ilə ödəyərək İslam və İranın düşmənlərinin məkrli planının qarşısını müqəddəs qəzəblə aldılar”. Mərasimdə cənab Mahmud Kərimi də Xanımın (s.ə) başına gələn müsibətlərdən danışıb növhə oxudu. Teqlər : #Ali,#Rəhbərin,#hüzurunda,#Həzrət,#Zəhranın,#(s.ə),#şəhadətinə,#həsr,#edilmiş,#ikinci,#matəm,#gecəsi,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasimi - FOTO Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm gecəsi - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB