Hər altı amerikalıdan biri bir psixi pozğunluqdan əziyyət çəkir 13 Dekabr 2016 02:00 Dünya ABŞ-da “məişət narkomaniyası” geniş yayılıb Hər altı amerikalıdan biri bir psixi pozğunluqdan əziyyət çəkir. Artıq Amerikada depressiyadan və psixi pozğunluqdan əziyyət çəkənlərin sayı günbəgün artır. Keçən il Nobel mükafatı laureatı Anqus Diton Amerikada baş alıb gedən " Məişət narkomaniyası" adlı araşdırma çap etdirmişdi. Bu araşdırmada həkimlər və adi vətəndaşlar arasında sürətli yayılan ağrıkəsici və keyləşdirici dərmanların istifadəsindən bəhs olunub. Hətta bu halların Amerikada ölüm hallarını şiddətləndirdiyi bildirilib. Daha sonra Pensilvaniya universiteti bu istiqamətdə araşdırma aparıb və məlum olub ki, 1996-cı ildən bəri adi opium tərkibli ağrıkəsicilərdən tutmuş, antidepressanlar belə insanları öldürməyə kifayət edib. ABŞ -da Aleksandriya universitetinin mütəxəssisləri müəyyən ediblər ki, artıq əhali arasında kütləvi formada belə psixatrop dərmanların qəbulu şiddətlənib. 2013-cü ildən bəri aparılan statistika 16 yaşını keçmiş hər bir ABŞ vətəndaşının belə dərmanları həkimlərə yazdırmasını sübut edib. Lakin alimlər hesab edirlər ki, statistika hələ doğru rəqəmləri göstərmir. Ola bilsin ki, bu rəqəm daha yüksəkdir. Ən maraqlısı budur ki, bu tip dərmanların istifadəsi orta və daha yaşlı insanlar arasında geniş yayılıb. (islaminsesi) / Teqlər : #Hər altı amerikalıdan biri bir psixi pozğunluqdan əziyyət çəkir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bütün dünyada eyni vaxtda Şeyx Zəkzakiyə azadlıq tələb olunacaq - BU GÜN - FOTO Peyğəmbərin (s) mövlud şənliyi keçirilib - 20 min nəfərin iştirakı ilə
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO