Göyçayda evdə partlayış olub 06 Dekabr 2017 02:00 Hadisə -- xəsarət alanlar var Göyçayda evdə partlayış olub. APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Kürd kəndində qeydə alınıb. Fərdi yaşayış evində qaz sızması səbəbindən baş verən partlayış zamanı 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğlu və həyat yoldaşı 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı ağır yanıq xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Y. Zərbəliyevanın vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin və Göyçay rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Göyçayda evdə partlayış olub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda yük maşını minik avtomobili ilə toqquşub -VİDEO Lerik rayonuna güclü qar yağıb