Gürcüstanda seçkilərin nəticələrinə etirazlar davam edir 09 Noyabr 2020 09:49 Dünya Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz olaraq aksiyalar keçirilir. Bu barədə “Anadolu” agentliyi xəbər verib. Müxalifət tərəfdarları hakim "Gürcü arzusu" partiyasını saxtakarlıqda ittiham edir və növbədənkənar yeni seçkilərin keçirilməsini tələb edirlər. Müxalifət, həmçinin Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Tamar Jvaniyanın işdən çıxarılmasında israr edir. Sputnik-in məlumatına görə, Gürcüstanda Mərkəzi Seçki Komissiyasının istefası və yeni parlament seçkiləri tələb olunan etiraz aksiyası dağıdılıb. Polis bundan ötrü bir neçə dəfə su şırnağından istifadə etməli olub. İnsan haqları təşkilatları polisi nümayişçilərə qarşı gücdən istifadə etməməyə çağırmışdılar. Ancaq hakim Gürcü Arzusu partiyası bu addımı əsaslandırılmış hesab edir, çünki müxalifətin MSK-nın binasına hücuma cəhd etdiyini bildirib. Su şırnaqlarından istifadə olunanda etirazçılar MSK binası yaxınlığında quraşdırılmış hasarların yanına yığışıblar. Ancaq binaya, yaxud polisə hər hansı cəhd olunmayıb, AzadAvropa/AzadlıqRadiosu-nun Gürcüstan xidməti bildirir. Qeyd edək ki, oktyabrın 31-də Gürcüstan parlamentinə keçirilmiş seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası seçicilərin 48,24% səsini toplayıb. “Birləşmiş müxalifət - Güc birlikdədir” müxalif blokuna isə 27,16% səs verilib. Müxalifət seçkilərin legitimliyini qəbul etməyib və yeni qanunverici orqana daxil olmaqdan imtina edib. Teqlər : #Gürcüstanda,#seçkilərin,#nəticələrinə,#etirazlar,#davam,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyada ABŞ hərbçiləri öldürüldü Ərdoğan Putinə Dağlıq Qarabağla bağlı işçi qrupunun yaradılmasını təklif edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO