Federica Mogherin: `Terrora qarşı mübarizə apararkən, İslama hörmət edilməlidir`

Avropa Birliyi xarici işlər nazirləri Ərəb Birliyinin Baş batibi Nəbil Əl Ərəbi terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə üçün toplaşdı.
 
Maide.az xəbər verir ki, AB Xarici İşlər ali nümayəndəsi Federica Mogherini iclas ərəfəsində mətbuata açıqlamasında "Bunun (terrorun) Avropa və ya Qərb ilə İslam arasında bir məsələ olmadığını daim deyirəm. Terrorizm və terror hücumları dünyadakı müsəlmanları daha çox hədəf alır. Bu səbəbdən ittifaq qurmaq lazımdır və bu məsələ üçün dialoqa ehtiyacımız var", - deyib.
 
Mogherini hər kəsin etdiyinə və dediyinə diqqət etməsi lazım olduğunu vurğulayaraq, "Hörmət Avropa İttifaqının əsas dəyərlərindən biridir. Söz azadlığı və hörmət arasında xətt çəkmək həmişə böyük fəlsəfi müəmmalardan biri olmuşdur. Məncə, bu günlərdə dünyanın bir çox bölgəsində baş verənlərə çox diqqətli baxmalıyıq. Görülməsi lazım olan iş isə terrorizmə qarşı mübarizə apararkən İslama hörmət etməliyik" söyləyib.

Google+ WhatsApp ok.ru