Facebook anonim ünsiyyət üçün proqram buraxacaq 08 Oktyabr 2014 01:00 Dünya Dünyada ən böyük sosial şəbəkənin məxsus olduğu Facebook Inc. şirkəti istifadəçilərinə anonim ünsiyyət qurmağa imkan verəcək mobil əlavə hazırlayacaq. Bu zaman onlar həqiqi adın yerinə təxəllüsdən istifadə edə biləcəklər. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi “New York Times”a istinadən xəbər yayıb. Nəşrin məlumatına görə, proqram ən yaxın həftələrdə buraxılacaq. Əlavənin hazırlanması ilə Branch xidmətinin banisi Coş Miller məşğul olur. O, həmin xidməti aldıqdan sonra Facebook-a keçib. Hələlik yeni əlavənin sosial şəbəkəyə inteqrasiya olunacağı, onunla fotoşəkilləri mübadilə etmək və ya dostların siyahısını tərtib etməyin mümkün olub-olmayacağı məlum deyil. / Teqlər : #Facebook anonim ünsiyyət üçün proqram buraxacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə etirazçılar Türk ordusu ilə savaşır - VİDEO Zəvvarlar bu il hədiyyələrə nə qədər pul sərf edəcək?
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO