Fələstinlilər Əqsa Məscidi qarşısında yürüş və etiraz aksiyaları keçirib - FOTO - VİDEO

Ötən gün yüzlərlə fələstinli 3 dinin ortaq müqəddəsatı olan Əqsa Məscidinə doğru etiraz yürüşü həyata keçiriblər. Deyerler.org "Qüds Xəbərləri" agentliyinə istinadən xəbər verir ki, iki fərqli istiqamətlərdən başlayan yürüşlərin birində kişilər, digərində isə xanımlar iştirak edib.
 
Yürüşçülər Əqsa Məscidinə müsəlmanların buraxılmamasına etiraz edir. Agentliyin yaydığı video görüntülərin birində bunu aydın görmək olur (aşağıdakı video materialları izləyiniz, - red.). Belə ki, müsəlman xanımların Əqsa Məscidinin digər bir qapısına yaxınlaşaraq içəri daxil olmaq istədikdə sionist rejim polisi onların qarşısını alaraq girişlərinə mane olur. Eyni görüntülərdə sionist gəlmələrin rahat şəkildə Əqsa Məscidinə girmələri, hətta müsəlmanları ələ salmaları da müşahidə olunur.

Etirazçı fələstinilər "Allahu Əkbər" və "Əqsa Azad Olacaq" kimi şüarlar səsləndirərək iqri və dini ayrı-seçkiliyə etiraz ediblər. Agentliyin məlumatına görə, xanımlar arasında işğalçı İsrail rejimi polisi tərəfinən saxlanılanlar var. Ərazidə gərginlik davam edir.

Xatırladaq ki, 1 gün öncə sionist İsrail rejimi həyasız təhdidlə çıxış edərək Əqsa Məscidini müsəlmanların üzünə bağlayacağını bildirmişdi. Belə bir hədə ilə işğalçı rejimin daxili işlər naziri Yitzhak Aharonoviç çıxış edib. Açıqlamadan sonra dərhal etirazlara başlayan fələstinilərlə Əqsanı müsəlmanların üzünə bağlayan işğalçı İsrail əsgərləri arasında toqquşma yaşanıb, hadisələrdə 20-dən çox fələstinli yaralanıb. deyerler/

 

 


 

Google+ WhatsApp ok.ru