Şeyx Zəkzakinin oğlu atasının son durumu haqqında danışdı 30 İyun 2020 09:45 Dünya Nigeriya şilərinin rəhbəri Şeyx İbrahim Zəkzakinin oğlu Məhəmməd İbrahim Zəkzaki atasının son durumu ilə bağlı “punchng” qəzetinə müsahibə verib. Maide.Az xəbər verir ki, Məhəmməd İbrahim Zəkzaki atasının daha yaxşı şəraiti olan bir yerdə müalicəsi üçün məhkəməyə müraciət etdiklərini bildirib. “Biz məhkəməyə müraciət etmişik lakin məhkəmə koronavirusun yayılmasını bəhanə edərək bütün rəsmi müraciətlərimizi qeyri – müəyyən bir vaxta kimi qəbul etmir və məhkəmənin nə zaman olacağı bilinmir”. Atasının sağlamlığı ilə bağlı M.Zəkzaki deyib ki, atam həbs müddətində iki dəfə infakt keçirib. “Həbs olunduğu zaman ona atılmış güllə Atamın bir gözünün kor olmasına səbəb olub. Digər gözündə də problem var. Eləcə də anam həbsxanada möhkəm diz ağrısından əziyyət çəkir və yalnız əlil arabası ilə hərəkət edə bilir”. O qeyd edib ki, Nigeriya Ali Məhkəməsi 2016-cı ildə atamın təcili azad olunması ilə bağlı qərar çıxarıb, lakin hökumət indiyədək bu qərarı icra etmir. Xatırlaqdaq ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar. Şeyx İbrahim Zəkzakinin həkimi Nasir Ömər Safah, Şeyxin səhhətinin getdikcə daha da ağırlaşdığını bildirib. N.Ömər Safah bildirib ki, Şeyx Zəkzaki 7 və onun həyat yoldaşı isə 6 müxtəlif xəstəlikdən əziyyət çəkirlər. “Şeyx Zəkzakinin vücudunda qalan güllə onun həyatı üçün təhlükə yaradır və Şeyx hər an ölə bilər. Əgər indiyədək onlar sağ qalıbsa bu bir möcüzədir.” Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. İndiyədək onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb. Teqlər : #Nigeriya,#Şeyx İbrahim Zəkzaki, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət İmam Museyi Kazımın (ə) övladının mövludu günü bayraq dəyişdirmə mərasimi keçirildi - FOTO Pekinin uyğur siyasəti ‘soyqırım’ kimi qiymətləndirilə bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO