Şeyx Zəkzəkiyə azadlıq tələbi ilə Nigeriya xalqı yenidən küçələrə çıxdı

Şeyx Zəkzəkiyə azadlıq tələbi ilə Nigeriya xalqı yenidən küçələrə çıxdı

Nigeriya xalqı paytaxt Abucada İslami Müqavimət Hərəkatının həbsdə olan rəhbəri Şeyx İbrahim Zəkzəkiyə azadlıq tələbi ilə növbəti etiraz aksiyasını keçirib.
 
Maide.Az "deyerler.org" a istinadla  xəbər verir ki,  etirazçılar həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün Abucada toplaşıblar.
 
Yürüş mitinqi Abucadakı Milli İnsan Haqları Komissiyasının binasının qarşısında başa çatıb.
 
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.
 
Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru