Şeyx Zəkzakinin vəziyyəti pisləşdi 11 Aprel 2018 01:00 Dünya -- Şeyx Zəkzakidə göz xəstəliyi (qlaukoma) yaranıb 2 ildən çoxdur həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhəti pisləşib. Maide.Az xəbər verir ki, bu barədə Şeyx Zəkzakinin qızı Süheyla Zəkzaki “əl-Ahd” saytına açıqlamasında məlumat verib. Onun sözlərin görə, atasında göz xəstəliyi (qlaukoma) yaranıb. Qeyd edək ki, qlaukoma gözdəki mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Süheyla Zəkzaki bildirib ki, atasının müalicə olunmasına icazə verilməyib. Qeyd edək ki, bundan öncə Nigeriya siyasi fəallarından Yusif Həmzə Şeyx İbrahim Zəkzakinin saxlanma şəraitinin pis olması və vaxtı-vaxtında tibbi xidmət ala bilməməsi səbəbindən iflic olub, gəzə bilməməsini açıqlamışdı. Y.Həmzə deyib ki, Şeyx Zəkzakinin sağlamlığı bizim üçün qırmızı xətdir. “Əgər onun başına bir iş gələrsə etirazlar dinc formatdan çıxa bilər. Abucada Zəkzakinin azadlığı üçün müxtəlif mitinqlərin keçriilməsi davam etdiriləcək”. Teqlər : #Şeyx Zəkzakinin vəziyyəti pisləşdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Myanmada daha bir müsəlman xalq zülmə məruz qalır Əlcəzairdə hərbi təyyarə qəzaya uğradı: ölü sayı 257-yə çatdı - YENİLƏNİB2 / VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO